Bakı-Sumqayıt yolu ilə gedib-gələnlər...

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər günün pik saatlarında tıxacla qarşılaşır. Bu tıxaclar daha çox Xırdalan və Binəqədi dairəsi ətrafında müşahidə olunur. Ümumiyyətlə, sözügedən yol Bakını Sumqayıt, Xırdalan şəhəri, Masazır, Sulutəpə, Novxanı, Bilgəh qəsəbəsi, eləcə də paytaxtın şimal girişi ilə birləşdirir.

Problemin aradan qaldırılması məqsədilə, sözegdedən yola alternativ yol çəkilə bilərmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, sözügedən istiqamətdə alternativ yeni bir yolun salınması mümkün deyil:

“Çünki ətrafda yaşayış evləri kifayət qədərdir. Bu yola alternativ olaraq, Novxanı-Pirşağı yolu salınıb. Nəqliyyat vasitələrinin Bakı şəhərinin şimal girişinə daxil olmadan Sumqayıtdan birbaşa keçərək Bilgəh-Novxanı-Pirşağı və hava limanı istiqamətində rahat gediş-gəlişi təmin etmək üçün 12.5 km uzunluğunda Novxanı-Pirşağı avtomobil yolu inşa edilib. Artıq sürücülər Bakı şəhərinə daxil olmadan, bu istiqamətdə Abşeron yarmadasının şimal və şimal-qərb hissəsinə rahat gedib-gələ bilərlər. Bu da şimal girişi istiqamətində avtomobil sıxlığının qarşısının alınmasına müsbət təsir etmiş olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR