Tərəvəz məhsulları niyə bahalaşıb?

Son günlər tərəvəz məhsullarının qiymətində artım müşahidə edilir. Satıcılar deyir ki, bölgələrə dolu düşməsi məhsulu yararsız hala salıb. Bu səbəblə, qiymətlərdə artım var.  

Alıcılar tərəvəz məhsullarının qiymətinin qalxmasından şikayətlənsələr də, Nazirlik narahatçılığa heç bir əsas olmadığını bildirir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev deyib ki, bazardakı qiymətlər mövsümə uyğundur:

“Kənd təsərrüfatı məhsullarınn qiyməti mövsümü xarakter daşıyır. Qiymətlər liberallaşır və bazarda tələb-təklif əsasında formalaşır. Yəni, narahatçılığa əsas yoxdur”.

TƏHLÜKƏ: Kondisioner bu xəstəlikləri yaradır - HƏKİM MƏSLƏHƏTİ –Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR