Avtoxuliqanları 4 min manat cərimə və 2 il həbs gözləyir

Son günlər mediada avtoxuliqanların törətdiyi əməllərlə bağlı xəbərlərə tez-tez rast gəlirik.

Avtoxuliqanlıq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir. Bəs, bununla bağlı hansı cəzalar mövcuddur?

“Avtoxuliqanlıq edən şəxs cərimə və ya həbs edilə bilər”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşunas Asif Abdullayev bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtoxuliqanlıq edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə edilir. Yaxud, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunur:

“Avtoxuliqanlığa görə cəza almış şəxs cəza aldığı gündən 1 il ərzində yenidən avtoxuliqanlıq etmiş olarsa, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 750 manatdan 1000 manatadək cərimə edilir. Yaxud, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək inzibati həbs tətbiq olunur. 

2000 matadan 4000 manatadək...

Avtoxuliqanlıq 2 və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 manatdan 4000 manatadək cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək inzibati həbs tətbiq olunur”. 

Sinif yoldaşı şəhid olan azərbaycanlı qızın MƏKTUBU / FOTO –OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR