Play Store

Azərbaycanda neft hasilatı artıb, yoxsa...?

Bu ilin yanvar-iyun aylarında Azərbaycan sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artıb, neft sektorunda isə 7,2 faiz azalıb.

Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9,0 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz, kompüter və elektron məhsulların istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı 84,2 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, mebel istehsalı 28,7 faiz artıb, tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, hazır metal məmulatlarının istehsalı 30,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalıb.

Azərbaycanda yükdaşıma qiymətləri artıb - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR