Bakının ölüm saçan motosiklet sürücüləri...

Motosikletdə həlak olmaq riski nəqliyyatın heç bir növü ilə müqayisəyə edilmir. Çünki bu nəqliyyat vasitələrindən istifadə zamanı baş verən qəzalarda ölüm faizi daha yüksəkdir. 

Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, motosiklet idarə edən sürücü də, qanunda nəzərdə tutulmuş qaydalara əməl etməlidir:

“Motosiklet sürücülərinin öz funksional vəzifəsi var. Belə ki, onlar digər nəqliyyat vasitələrinin sürücüləri kimi qırmızı işıqda dayanmalı, sürət həddinə diqqət yetirməli, ara məsafəsini qorumalı, təhlükəli manevrlər etməməlidir. Bu istiqamətdə tərəfimizdən tədbirlər davam etdirilir. Xəta törədən istənilən nəqliyyat vasitəsi əməkdaşlarımız tərəfindən aşkarlanaraq tədbir görülür.

Bu gün bəzi motosiklet idarə edənlər özlərini toxunulmaz hesab edirlər. Əslində, bu, heç də elə deyil. Ötən həftə ərzində sürət həddini aşdığı, yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə 7-yə yaxın motosiklet sürücüsü tərəfimizdən aşkarlanaraq, barələrində qanunvericiliyin tələbləri üzrə tədbirlər görüldü. Bu gün də bu tədbirlər davam etdirilir. Ümumiyyətlə, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində təkcə yol polisləri yox, sürücülər də çalışmalıdır”.

Avtoxuliqanları 4 min manat cərimə və 2 il həbs gözləyir – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR