DİQQƏT: Piyadaları bu cərimə gözləyir

Etiraf edək ki, bu gün cəmiyyətdə “piyada mədəniyyətsizliyi” baş alıb gedir. Piyada keçidi oldu-olmadı, qırmızı işıq yandı-yanmadı piyadalar yolu keçirir. 

Bu cür hallarla mübarizədə qanun nə deyir?

Məsləyə münasibət bildirən vəkil Xəyal Bəşirov bildirdi ki, nəqliyyat vasitələri ilə yanaşı, piyadalar da yol-hərəkətinin iştirakçılarıdır:

“Sürücülər nə qədər məsuliyyət daşıyırsa, eyni qaydada piyadalar da məsuliyyət daşıyır. Lakin piyadalar çox vaxt buna qeyri-ciddi yanaşırlar. Belə ki, ərazidə polis əməkdaşları olan zaman təyinolunan yerlərdən keçir, qaydaları pozmurlar. Lakin polis əməkdaşları olmayanda işıqforun hansı rəngdə olmasına fikir vermədən yerüstü piyada keçidini keçirlər. Bu da çox vaxt qəza şəraiti yaradır. Ona görə, bu şəxslər məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinə əsasən, piyada yol hərəkəti qaydalarını pozarsa, həmin şəxslər 20 AZN cərimə olunur”.

Rayonlarda evlərin qiyməti bahalaşdı - Turizim mövsümü – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova /METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR