"Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır".
Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü şərh edərkən deyib.
Komandanın baş məşqçisi püşklə bağlı fikirlərini bildirib: “İyulun 18-i baş tutacaq “Samtredia” ilə cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.
Qeyd edək ki, “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. //Trend
"Qalatasaray" Bakıya gələ bilər - Püşkatmanın nəticələri - Oxumaq üçün tıkla |