Gürcüstan yenidən bölünür (İNFOQRAFİKA)

Gürcüstan yenidən bölünür (İNFOQRAFİKA)
16:51 8 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva Dağıstanla Gürcüstan arasında çəkilən Avar - Kaxetiya yolu boyunca yaşayan gürcü əhaliyə Rusiya pasportları paylamağa başlayıb.

ANS PRESS-in məlumatına görə, əraziyə dəfələrlə baş çəkmiş gürcü ekspert Vano Maçavariani bunu ölkəsi üçün çox təhlükəli sayıb. Onun sözlərinə görə, pasportların paylandığı Kaxetiya bölgəsi etnik baxımdan çox millətlidir - orada həm etnik gürcülər, həm osetinlər, həm də kistinlilər yaşayırlar. Pasportu əsasən pensiyaçılar və onların ailə üzvləri alırlar. Yaşlı adamlar Rusiya pensiyası ilə Gürcüstanda yaşamağı daha əlverişli sayırlar. Pasportları əsasən Gürcüstanın Axmeta və Kvareli rayonlarının kənd sakinləri alır.

Eyni proses Gürcüstanın əsasən ermənilər yaşayan Axalkalaki rayonunda da baş verir. Orada yaşayan erməni və gürcü əhaliyə Rusiya pasportları paylanır.

Bütün bunlar Rusiyanın Gürcüstanı parçalayaraq Dağıstandan Ermənistana dəhliz açmaq niyyətini ortaya çıxarır. Məsələ bundadır ki, pasport paylanan iki etnik qarışıq bölgənin arasında boş Qabırrı çölü (Ceyrançölün davamı) yerləşir. Yəqin Rusiya tərəfi güman edir ki, həmin ərazini götürməklə etnik gürcülərin tarixi ərazilərinə toxunmayacaq ki, bu da Gürcüstan əhalisinin vətənpərvərlik duyğularını qıcıqlandırmayajaq, yəni gürjülər bu hərbi müdaxiləyə ciddi müqavimət göstərməyəcək.

Həm də bu addım Moskvaya Azərbaycanı da blokadaya salmağa imkan verər. Çünki ölkənin Gürcüstan vasitəsi ilə Avropaya və Türkiyəyə çıxışı bağlanacaq.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR