Termometrlə bunu da etmək olurmuş:

Hələ 50 il bundan əvvəl alimlərdən Broda Otto Barns araşdırıb ki, orqanizmin temperaturu qalxanvari vəzin hansı səviyyədə işləməsi üçün ən yaxşı indiqatordur. Ancaq bir məqam var: yuxudan ayılan kimi yataqda hərəkət etmədən bədən temperaturu ölçülür.

Barns bildirib ki, səhərlər anormal temperatur iltihab prossesinin ilk əlamətidir. Qalxanvari vəzinin funksiyası pozulubsa, problem qaçılmazdır.

Bəs nə etmək lazımdır?

Axşamdan termometrin dərəcəsini 35-ə qoyulur.

Səhər yuxudan ayılan kimi termometr qoltuqaltı nahiyədə 10 dəqiqdən artıq saxlanılır.

Nəticə qeyd edilir. Bu bədənin səhər bazal ölçüsü adlanır. Normalda bədənin istiliyi 36.5C – 36.8 C olmalıdır.

Temperatur 36.5C-dən 36.8 C dərəcə arasındadırsa, qalxanvari vəzisində heç bir problem yoxdur.

Əgər səhərlər temperatur 36.5C-dən aşağıdırsa, o zaman bədəndə hipoterioz izlənilir. Yəni qalxanvari vəzisi aktiv işləmir. Ona görə də orqanizmdə halsızlıq, depressiya, xroniki yorğunluq, yaddaş, diqqət pozulması müşahidə olunur. Həmçinin saç tökülməsi də müşahidə edilir.

Bazal ölçü 36.8C –dən artıqdırsa, o zaman orqanizmdə hiperterioz izlənilir. Bu artıq orqanizmin iltihablanmasından xəbər verir.

Bu müəyyən günlərdə 3 dəfə ölçülülür. Ölçü göstərilən normaya uyğun gəlmirsə, endokrinoloqa müraciət edilməsi məsləhətdir.

Problem baş qaldırdıqda mütləq rassiona nəzarət olunmalıdır. Bolluca A vitaminli, maqnium, seleniumla zəngin qidalar qalxanvari vəzinsinin normal işləməsinə kömək edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR