"Ehtiyacın olsa, zəng vur"

Türkiyədə evlilik yarışmasından qovulan Naz adını çəkmədiyi bir şəxsə ismarıc yollayıb.

Metbuat.az xəbər verir ki, Naz "Instagram" səhifəsində həmin şəxsə müraciət edib:

“Sənin həsrətini çəkdiyin həyatı yaşayıram. Sən də hələ reklam qarşılığında camaata hədiyyə yollayırsan. Ehtiyacın olan bir şey olsa, yenə zəng et. İnsanıq, süfədə qalan yeməkləri, geyməkdən bezdiyim paltarları verim”.

Qeyd edək ki, Naz türkiyəli məşhur iş adamı Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada göründükdən sonra iştirakçısı olduğu evlilik verilişindən qovulub.

Dilarə Zamanova

"Efirə dəvət edirlər, getmirəm" - Bəsti Cəfərova - Oxumaq üçün bura tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR