Hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır?

Bu gün xaricdə yaşamaq, başqa ölkələrin vətəndaşlığını əldə etmək istəyən kifayət qədər insan var. Bəs hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirdi ki, hər bir ölkə bu məsələyə bir qədər həssas yanaşır:

“Bəzi ölkələrdə müəyyən prosedur qaydalarından keçməklə vətəndaşlıq almaq olar. Amma əksər ölkələrdə maliyyə müqabilində vətəndaşlığın alınma tələbi var. Misal üçün Maltanı götürək. Maltada təqribən 5 milyon dollar ödəməklə vətəndaşlıq hüququ əldə etmək. Kiprdə 3 milyondan 5 milyona yaxın avro ödəməklə vətəndaşlıq hüququnu qazanmaq mümkündür. Yaxud da, Kanadada 240 min dollara bu hüququ əldə etmək olar. Qeyd etdiyimiz ölkələrdə lazım olan vəsaiti ödəməklə vətəndaşlığı asan şəkildə əldə etmək olur. Lakin başqa yolla da vətəndaşlıq almaq mümkündür. Məsələn, həmin ölkədə anadan olmuşsunuzsa, oranın vətəndaşı ola bilərsiniz. Daha sonra, həmin ölkənin vətəndaşı ilə nigaha daxil olan şəxslər vətəndaşlıq əldə edə bilər. Bəzi ölkələrdə dini etiqadlara görə də vətəndaşlıq almaq olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR