Tanınmış teleaparıcıya doğum günü hədiyyəsi

Ötən gün teleaparıcı Aysel Nazimin doğum günü olub. Ad günü keçirməyi planlaşdırmayan Aysel gözlənilməz sürpriz ilə qarşılaşıb.

Bu haqda Metbuat.az-a danışan aparıcı bu doğum gününün onun üçün unudulmaz olduğunu bildirib: 

"Hər şeyi dostum İsa etdi. Mənə demədən bütün dostlarımı dəvət edib. Hər şey sürpriz idi. Unudulmaz doğum günü partisi təşkil etmişdi. Eyni zamanda çoxlu təbrik mesajı, telefon zəngləri gəldi. Hər kəsə təşəkkür edirəm". 

"Space" telekanalında aparıcı olan Aysel, iş yoldaşlarının ondan incidiyini də dilə gətirdi: 

"Gecə ilə şəkillər sosial şəbəkədə yayıldı. İş yoldaşlarım elə başa düşüb ki, onları dəvət etməmişəm. İnciyənlər də olub. Amma izah etdim kj, bu ad günü şənliyi mənim özüm üçün sürpriz olub. Hər şeydən xəbərsiz olmuşam. Amma onlarla da ad günümü qeyd etdim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR