Aysel yeni verilişindən danışdı

Aysel Nazim daha bir layihə üzərində çalışır.

Metbuat.az-a bu haqda açıqlama verən teleaparıcı təklifin "Space" telekanalının rəhbərliyindən gəldiyini bildirib:

"Hazırda "Space"-də "İdman hamı üçün" və hava proqnozunu aparıram. Rəhbərlik məndə olan tükənməz enerjini görüb daha bir veriliş təklif etdi. Yeni verilişimizin adı " Kokteyl Aysel Nazim ilə" adlanır. Teleməkanın yeni maqazin verilişi olacaq". 

Aysel Nazim bu veriliş ilə şou-biznesdə səs-küy yaradacığını açıqladı: 

"Tamaşaçıların gözlədiyi bir proqram hazırlayacağımıza söz verirəm. Verilişdə yerli və xariçi şou-biznes xəbərləri yer alacaq. Çəkilişlər təkcə Bakıda deyil, həm də Türkiyədə olacaq. Türk şou-biznesindən eksklüziv müsahibələr, özəl reportajlar olacaq". 

Qeyd edək ki, hazırda anonsları nümayiş olunam veriliş avqust ayından efirə çıxacaq.

Dilarə Zamanova

"Ailəmi bir yerə toplayıb, çılpaq gəzəcəm" - İbrahim Tatlısəsin oğlu - Oxumaq üçün bura tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR