Yol polisinin evakuatorları cərimələnəcək

Qadağan olunan yerdə park edilən avtomobillər cərimə meydançasına aparıla bilər.

Çox vaxt avtomobil evakuatora yükləndikdən sonra sürücü gəlsə də, yerə endirilmir. Sürücünün gözləri önündə avtomobil cərimə meydançasına aparılır.

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Asif Abdullayev bildirdi ki, avtomobil evakuatora yükləndikdən sonra, avtomobilin sürücüsü gələrsə, avtomobilin cərimə meydanşasına aparılmasına yol verilmir. Sürücünün avtomobilə yaxınlaşmasına baxmayaraq, avtomobilin qaytarılmamasına (evakuatordan endirilməməsi) görə 200-300 manat məbləğində cərimə edilə bilər.

BAKI: Avtobusda qalmaqal - Sürücü görün nə etdi... – Oxumaq üçün tıklayın!
Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR