Filippinin cənubunda hərbi vəziyyət rejiminin müddəti uzadıldı

Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyətin 2017-ci il dekabrın 31-dək uzadılması təklifini təsdiq edib.

Metbuat.az-ın məlumatına görə, Filippin konqresi senatının və nümayəndələr palatasının üzvləri Prezident Rodriqo Dutertenin ölkənin cənubunda hərbi vəziyyətin uzadılması barədə təklifini müzakirə ediblər. Konqresin hər iki palatasının birgə sessiyasında 261 deputat təklifin lehinə, 18 nəfər isə əleyhinə səs verib. Sessiyada ümumilikdə 279 deputat iştirak edib.

Xatırladaq ki, Mindanao adasında yaraqlılarla hökumət qoşunları arasında baş vermiş silahlı toqquşmaya görə Prezident R.Duterte hərbi vəziyyət elan edib. Hərbi əməliyyatlar təqribən 500 nəfər yaraqlının toplaşdığı Maravi şəhərində davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR