Aysel Nazim Türkiyədə klipə çəkilib

Aparıcı-aktrisa Aysel Nazim Türkiyədə klipə çəkilib.

Metbuat. az-a açıqlama verən Aysel təklifin Türkiyədən gəldiyini bildirib:

"Mütəmadi olaraq İstanbula gedib-gəlirəm. Orada kifayət qədər yaxşı əlaqələrim var. Prodüser şirkətindən təklif gəldi ki, Şahan Dinçin klipində rol alım. İlk növbədə mahnını dinləməyi tələb etdim. Bir də rejissorun kimliyi ilə maraqlandım. Mahnını çox bəyəndim. Əsl ritmik yay mahnısıdır. Klipin rejissoru isə Erkan Nasdır. O, Türkiyədə Seda Sayan, Zerin Özer, Ümit Besen, Tuğba Ozay kimi sənətçilərə klip çəkib. Bir sözlə, razılıq verdim". 

Aysel Nazim açıqlamasında qonorar aldığını da vurğulayıb:

"Əlbəttə, qonorar almışam. Əvvəl çəkildiyim klipdə də qonorarımı alıb çəkilmişdim. Türk modellərə ödənilən qədər qonorar qarşılığında razılaşıram".

Rəfiqəsi ilə birlikdə belə dincəldi - FOTOLAR - Oxumaq üçün tıkla 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR