Bakıda itən uşaq avtobusda tapıldı

Bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

“BakuBus”-ın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, aidiyyatı orqanlara, həmçinin “BakuBus”-a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”-a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.

Qazaxda ağır yol qəzası - Ölən və yaralanan var - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR