Play Store

Dünyanın ən bahalı məktəbi - 113 min dollar təhsil haqqı...

Dünyanın ən bahalı məktəbi İsveçrədəki "Institut Le Rosey" adlı məktəbdir. Liseydə bir illik təhsil 113 min dollara başa gəlir. 

1880-dən bəri dünyanın məşhur simalarına təhsil verən məktəbdən Misir kralı Faruk, Monako Şahzadəsi Ranieri, İran şahı və Belçika Kralı II Albert kimi liderlər də məzun olub.

14-cü əsrdə inşa edilmiş bir orta əsr qalasında təhsil verən “Le Rosey” liseyinin məzunlarını dünyanın ən yaxşı universitetləri qəbul edir. Hər dörd məzundan biri nüfuzlu universitetlərə yerləşdirilir.

Le Rosey eyni zamanda ölkənin ən köhnə internat məktəbi ünvanı adını da daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR