ABŞ-dan Estoniya, Gürcüstan və Makedoniyaya dəstək -

ABŞ-ın vitse-prezidenti Mayk Pens, Rusiyanın qonşuluğunda yerləşən üç ölkəyə-Estoniya, Gürcüstan və Makedoniyaya NATO-nun dəstəyini nümayiş etdirmək məqsədilə bazar ertəsindən etibarən səfərə başlayacaq.

Metbuat.az-ın məlumatına görə, o, səfəri zamanı ABŞ-ın ticarət və sərmayə dəstəyini qeyd etməklə bərabər, hər üç ölkənin təhlükəsizliyi ilə bağlı ABŞ-ın öhdəliyini vurğulayacağı gözlənilir.

Vitse-prezident həm də, ifadə azaqlığı, demokratiya və dini tolerantlıq dəyərlərinin əhəmiyyətini də qeyd etmək niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR