“Retro Bakı”nın izdihamlı konserti təşkil olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

Mətbuat.az xəbər verir ki, tanınmış estrada mügənniləri Aydınçik, İlahə İbadova, Leyla Ramazanlı, Lətafət Məhərrəmli, Mircabbar Mirbabayev, Aynur Əliyeva, Kubra Hüseynova, Rasim Mustafazadə, Mirfərhad Həbibi, Nizami Nikbin, Orxan Hüseynov, Nihat Quluzadə, Səkinə Əhmədzadə, Limberq adına “İqray qarmon” (“Играй гармонь») ansablı, “Nuray” şou qrupu öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar. Həmçinin, konsertdə “Cəngi” estrada-folklor ansablının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

"Ərəb şeyxi" Aygünə inanılmaz təklif etdi - "5-ci arvadım olarsan?"- Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR