Murad Arifə pomidor-yumurtanı 42 manata satdılar

Bəstəkar-müğənni Murad Arif istirahət məqsədilə bölgələrimizə ailəsi ilə birlikdə səfərə çıxıb. Ancaq deyəsən bu səfər Muradın heç də ürəyincə olmayıb.

Metbuat.az xəbər verir ki, o, bölgələrimizdəki qiymət və xidmətdən xeyli giley-güzar edib:

"Quba-Qəçrəş yolunda 1 ailə üçün 42 manatlıq yumurta-pomidor və turizm adlı qəmli status. Azərbaycan ən qeyri-mümkün törənləri, "Oskar", "Grammy", lap ABŞ prezidentinin innaqurasiyasını da keçirsə, bu servislə ölkəmizdə turizmin inkişafı olmayacaq. Son 2 həftədə 3-4 bölgəni qarış-qarış gəzirəm. Adamlar (sahibkarlar) rəsmən rəqabət aparmır. Müştərini qazanmaq həvəsi sıfır. O həvəs haradan yarana bilər ki?! Rayondan 1 "böyük" adam ərazini zolaq-zolaq zəbt edir. Obyektlərə də qohum-əqrəbasını müdir qoyur. Məkanlar nə səviyyədə işləyir işləsin, əsas odur ki, ərazi onundur”.

Sənətçi bildirib ki, antisanitariya, bahalıq, zəif, ləng xidmət, nəticəyə uyğun olmayan qiymətlər onun qanını qaraldıb:

“Baxıram ki, təbiətimizi Allah Təala gözəl qələmiylə çəkib. Nə olsun? Qarabağ kimi qədrini bilməməkdəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR