NÜVƏ MÜHARİBƏSİ: Şimali Koreya təhdidi böyüyür

ABŞ Prezidenti Donald Tramp "Ağ Evdə" keçirilən iclasdan sonra jurnalistlərə açıqlaması zamanı Şimali Koreya məsələsini də həll edəcəyini bildirib. O, Şimali Koreya, Yaxın Şərq, o cümlədən bir sıra xarici siyasət məsələlərin əvvəlki rəhbərlikdən miras aldığını qeyd edib.

ABŞ-ın qarşı çıxamsına baxmayaraq, Şimali Koreya nüvə sınaqlarını bu gün də davam etdirir. Trampın qətiyyətli son çıxışı iki dövlət arasındakı gərginliyin daha da dərinləşəcəyinə işarədirmi?

Məsələyə münsibət bildirən siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Şimalı Koreyanın o sınaqları keçirməsi təkcə Amerika Birləşmiş Ştatarına qarşı deyil:

“Şimalı Koreya “Nüvə klubu”nun üzvü olmağa çalışır. İstəyir ki, onun atdığı hər bir addəmla bağlı müəyyən rəy yaransın. Bu rəyə əsasən, Şimali Koreya nüvə dövlətlərinin olduğu böyük bir klubun üzvü olsun. Eyni zamanda, ABŞ bilir ki, onun nüvə silahları olsa, bu silahları ilk növbədə əsas partnyorlarından olan Cənubi Koreya və Yaponiyaya tərəf istiqamətləndirə bilərlər. Bundan başqa, Şimali Koreyanın nüvə silahları ilə bağlı apardığı hər bir sınaq Rusiya tərəfindən dəstəkləndiyinə görə, bu, ABŞ-ı narahat edir”.

Siyasi şərhçi əlavə etdi ki, dünyada nüvə proqramı ilə ilə məşğul olan iki dövlət var. Biri Şimali Koreya, digəri İrandır:

“Trampında seçkiqabağı platformasında nüvə proqramları ilə bağlı müəyyən bir maddə var idi. Həmin maddədə buna qarşı mübarizə aparılacağı qeyd olunmuşdu. Bir də xaricdə olan terror qüvvələrinə qarşı. Bu gün məlumdur ki, ABŞ öz fikirlərini nüvə silahları ilə bağlı əsas iki dövlətə qarşı yönəldib. Bu, Şimali Koreya və İrandır. Trampın dedikləri o demək deyil ki, Nümayəndələr Palatası onu bu işdə dəstəkləyəcək. Yəqin ki, bu proseslər gəmilərin ora çıxarılması, təhlükəsizliyin qorunması, ilk növbədə regionun platformasının qorunması deməkdir. Əsas məsələ bundan ibarətdir”.

Türkiyə Şimali Koreyanı qınadı - "Bütün tələbləri pozurlar və..." - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR