Play Store

Sofi Lorendən cavanlıq formulu - 15-20 il...

Gözəllik və cavanlıq hormonu hesab olunan melatonin insanı 10-15 il cavanlaşdırır. Bu hormon beyində yaranır. Buna qədimdə “üçüncü göz” deyirdilər. Melatoninin yaranması üçün normal və möhkəm yuxu əsas şərtdir.

İtaliyalı kino ulduzu Sofi Loren öz gözəlliyi haqqında danışdıqda, yuxu rejimini xüsusi vurğulayıb və hər kəsə məsləhət görüb ki, axşam saat 9-da yatmaq və səhər saat 6-da yuxudan durmaq lazımdır. Çünki melatoninin səviyyəsi 21:00-dan başlayır, gecə saat 2-yə kimi yüksəlir, səhər saat 9-a kimi enir. Ona görə də tez yatıb, tez durmaq lazımdır. 

Həkimlər də məsləhət görürlər ki, bədəndə fiziki qocalma və xəstəliklərlə qarşılaşma prosesi 25 yaşdan sonra başlayır. Bu melatonin hormonunun çatışmazlığından irəli gəlir. 25 yaşından sonra tez yatmaq vərdişinə yiyələnənlər, ömürlərini 15-20 il uzatmış olacaqlar. 

Amerikalılar gec yatdıqları üçün hər gecə yatmazdan öncə melatonin həbi qəbul edirlər. Həmçinin, hormonun dərman kimi qəbul edilməsi qaraciyərə də ziyandır. 

Melatonini həb kimi qəbul etməkdənsə, tez yatıb beynin özünün hormon yaratması orqanizmə daha xeyirli olar. Çünki orqanizm nə qədər süni qidalar qəbul edərsə, bir o qədər süni qidalardan asılı qalar. 

Gecə rejimində işləyənlərdə melatonin çatışmazlığı olduğu üçün onlarda qan təzyiqi problemləri qaçılmaz olur. 

Sofi Lorenin rasionunda daim önəm verdiyi melatoninlə zəngin olan qidaları təqdim edirik: 

Quş ətləri; 

Balığın döş əti; 

Yulaf, arpa, qarğıdalı, düyü; 

Meyvə-tərəvəz.  

Yatmazdan öncə çay və ya kofenin içilməsi melatonin hormonunun yaranmasına təsir edir. Həmçinin, yuxusuzluq üçün dərmanlar qəbul edirsinizsə, mütləq dərmanın içindəkiləri oxuyun . 

Tahirə