Bakıda sərnişin avtobusa diri qoyunla mindi

Bakıda sərnişin avtobusa qoyunla daxil olub.

Metbuat.az bildirir ki, hadisə 148 nömrəli avtobusda baş verib. Görüntülər bu gün sosial şəbəkələrdə istifadəçilər tərəfindən yayılıb və olduqca maraqla qarşılanıb.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qoyun və digər ev heyvanı ilə avtobusa minmək qadağandır:

“Avtobusda əşyaların daşınması ilə bağlı konkret tələblər müəyyənləşdirilib. Həmin tələblərə də hər bir sərnişin əməl etməlidir. Bu, yalnız qanunla olmamalıdır. İnsanların özlərinin də düşüncəsi olmalıdır ki, heyvanla ümumi istifadə olunan nəqliyyat vasitəsinə minmək olmaz”.

Heyvanların insanları parçaladıqları anlar - FOTOLAR (18+) - BAXMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR