Şəbnəm Tovuzluya "xalq artisti" adı verildi

Müğənni Şəbnəm Tovuzlu avqustun 28-də Dərbənddə "Hər şey sənin üçün" adlı solo konsert verəcək. 

Mətbuat.az xəbər verir ki, konsert proqramının afişasında Şəbnəm Azərbaycanın Xalq artisti kimi təqdim olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən müğənni bildirib ki, bu texniki səhv olub:

"Tələb etdim ki, dəyişdirsinlər. “Sevilən müğənni” yazsınlar. Özümü Xalq artisti kimi təqdim etməyim gülünc və düşüncəsiz hərəkət olardı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR