Kamran Həsənli ölkədən çıxışına qadağa qoyulmasından danışdı - AÇIQLAMA

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında 2 il bundan qabaq yaranmış pul qalmaqalı yenidən gündəmə gəlib.

Mətbuat.az-ın məlumatına görə, müğənni Samir Piriyev bildirib ki, hələ də məsələ bağlanmayıb. Çünki Kamran pulu qaytarmır:  

“Onun və bacısı Gülər xanımın ölkədən çıxışı qadağan olunub. İki ildir pulu geri almağa çalışıram, ancaq bütün cəhdlərim puça çıxır”.  

K.Həsənli isə bildirib ki, bu məsələ iki il əvvəl danışılıb, bitib. Yenidən gündəmə gətirilməsi lazımsızdır: 

“Bu məsələ birinci gündən Nərimanov rayon Polis İdarəsinə gedib və hələ də heç bir iddia əsaslandırılmayıb. Bütün sənədlər də təqdim olunub. İddialarla bağlı polisə şikayət ediblər, amma yekun cavab hələ də yoxdur. Yəni bu məsələni polis yekunlaşdırmalıdır. Çox danışmağa ehtiyac görmürəm. Onların istədiyi də elə budur ki, təkrar-təkrar eyni şeylərlə gündəmə gəlsinlər. Prosesdə yeni irəliləyişlər olarsa təbii ki, mən də açıqlama verəcəm”. //PrimTime


Bürcünüzə görə ən uğurlu təbii daşlar - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR