“Boko Haram” silahlıları Nigeriyada 16 yaşayış məntəqəsini yandırıblar

22:32 8 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 22:27 ]

Bakı-APA. “Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında son 4 gün ərzində azı 16 yaşayış məntəqəsini talayıblar.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Musa Bukar bildirib.

 

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”, deyə o bildirib.

 

Məlumata görə, viran edilən yaşayış məntəqələrindən qaçan əhali  Çad gölündəki adalarda məskunlaşıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR