Müğənni Nazəninin evindən - FOTOLAR

Müğənni Nazəninin evindən - FOTOLAR
23:17 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Nazənin övladlarından söhbət açıb.

MilliAz gecce.az-a istinadən bildirir ki, sərt ana olduğunu deyən sənətçi onları öz qaydalarına görə tərbiyə etdiyini söyləyib.
 
“3 övladım var. Nə qədər mülayim görünsəm də , övladlarıma qarşı o qədər də sərtəm. Hər zaman onlara demişəm ki, mən sizin başınızı aşağı etməyəcəm, siz də mənim sözümdən kənara çıxmayın. Hətta həbsdə olan qardaşım Pərvizin oğlunu da mən saxlayıram. Onun oğlunu nəvəm Qəhrəmandan ayırmadım. Kiçik toylarını bir yerdə keçirdim, bir kürsüdə oturtdum ki, qəlbi qırılmasın.
 
Gələcəkdə kimin başına nə gələcəyini bilmək olmur. Bəlkə atası azadlıqda olsaydı, o da mənim balalarıma belə qulluq edərdi. Qardaşım bu sənətə gəldiyim üçün mənə çox təzyiqlər etmişdi. Bilsəydim ki, bu gün belə olacaq, bu sənətə heç vaxt gəlməzdim”, - müğənni söyləyib.
 
Nazənin həyat yoldaşından da söz açmağı unutmayıb: "Həyat yoldaşım Orxana ev hədiyyə edib. Hazırda o evdə müəyyən dekorasiya işləri gedir. Yaşadığım evin mətbəxdən başqa bütün dekorasiyası həyat yoldaşıma məxsusdur.”
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR