Çində avtobus qəzası -

Çinin Şensi əyalətində ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, sərnişin avtobusunun yeraltı tunelin girişindəki divara çırpılması nəticəsində 36 nəfər həyatını itirib. 13 yaralı var. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Avtobus ciddi şəkildə deformasiyaya uğradığından xilasedicilər cəsədləri və yaralıları nəqliyyat vasitəsindən çıxarmaq üçün xeyli vaxt sərf edib.

Avtobus Çendu-Loyan marşrutu üzrə hərəkət edirmiş.

Bildirilir ki, faciə gecə saatlarında baş verib. Buna görə də, qəzaya sürücünün sükan arxasında yuxulaması və ya yolu aydın görə bilməməsi səbəb ola bilər.  

Sübhan / METBUAT.az 





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR