Play Store

İmişlidə ailə dramı: - "Anamı boğmaq istədi, azyaşlı övladımı..."

Azərbaycanda bu evi daşa basıblar.

Metbuat.az bildirir ki, hadisə İmişli rayonunun Qulubəyli kəndində baş verib. Ev sahibi Elşən Şəmmədlinin sözlərinə görə, bir qrup şəxs son bir ayda, demək olar ki hər gün onun evinə basqın edir:

“Onlar mən evdə olmayan vaxtı evə soxulublar. Hətta bir neçə dəfə anamı boğmaq istəyiblər. Nəhayət, avqustun 11-i evimə soxulmaq istəyən üç nəfər naməlum şəxsdən birini yaxalaya bildim. Digər iki nəfər isə qaçmağı bacardı. Dərhal 102 xidmətinə müraciət etdim. Polis əməkdaşları həmin şəxsi apardılar. Mən də izahat vermək üçün polis şöbəsinə getdim. Şöbədə olan zaman qaçan 2 şübhəli şəxs yenidən evimə hücum edərək daşa basdı. Azyaşlı övladım qorxudan pilləkənlərdən yerə yıxılaraq zədə aldı. Uşaq həmin gün necə psixoloji sarsıntı yaşayıbsa, hələ də özünə gələ bilmir”.

Ev sahibi əlavə etdi ki, hadisədən sonra polis əməkdaşları yaxalanan şəxsi birbaşa xəstəxaya yerləşdirib:

“Deyilənə görə, müdafiə məqsədilə vurduğum yumruq həmin şəxsdə daxili qanaxmaya səbəb olub. İndi həmin şəxs mənə qarşı ittiham qaldırıb, cinayət işi açılıb. Hadisəni mənim üzərimə yıxmaq istəyirlər. Müəllim adamam, mən həmin şəxsə xəsarət yetirməmişəm. Haqlı olaraq özümümüdafiə etmişəm. Körpə Zəhranı öldürən erməni terrorçuları ilə mənim 2 yaşlı oğluma fiziki və psixoloji sarsıntı yaşadan insanın nə fərqi var?! Məqsədləri bilinmir nədir”.  

Məsələ ilə bağlı İmişli rayon polis şöbəsi ilə əlaqə saxladıq. Polis şöbəsindən Metbuat.az-a bildirildi ki, hadisə avqustun 11-i axşam saatlarında olub:

“Evə 3 yox, 1 nəfər intim məqsədlə daxil olmaq istəyib. Arvadı, yoxsa qızına görə olduğu bilinmir. Ev sahibləri onu tutub, döyüblər. Hadisə ev sahibi evdə olmayan vaxtı baş verib. Polislər pis vəziyyətdə olduğu üçün tutulan şəxsi hadisə yerindən gətirib xəstəxanaya yerləşdiriblər”.

Polisin açıqlamasından sonra yenidən ev sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, Elşən Şəmmədli həyat yoldaşının son 3 ayda telefonuna gələn zənglərin siyahısını çıxarıb. O deyir ki, həyat yoldaşı ilə bağlı deyilən sözlər iftiradır.

Məsələ diqqətimizdədir...

FOTOLAR: Özlərini internetdə satışa çıxaran tələbə qızlar - "Yaxşı pul qazanırıq" - OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR