Döyüş hazırlığını yoxalaması, hərbi texnika ilə tanışlıq... - Cəbhədə nə baş verir?

Prezidentin tapşırığına əsasən, Baş Nazirin birinci müavini Yaqub Eyyubov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonadakı vəziyyətlə yerində tanış olmaq məqsədilə ötən gün ön xətdə olublar. Düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdəki hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Cəbhə bölgəsinə edilən səfərlə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, Müdafiə naziri Zakir Həsənovla birlikdə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qoşunların döyüş hazırlığını yoxalaması, hərbi texnika ilə tanışlığı, təxmin edirəm ki ilk dəfədir:

“Bunun arxasında dövlətin orduya diqqət və qayğısının olduğu həqiqəti dayanır. Müdafi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, cəbhə bölgəsinə səfər Prezidentin tapşırığı əsasındadır. Silahlı qüvvələrdə gedən proseslər, həm döyüş hazırlığı, həm də hərbi texnika nəzarət altındadır. Baş nazirin brinci müavinin cəbhə bölgəsinə səfəri, ordu və texnika ilə yaxından tanışlığı bizi onu deməyə əsas verir ki, dövlət təkcə hərbiçilərlə deyil, həmin sektora nəzarət edən mülki strukturun da təsir imkanlarını artırır, nəzarəti gücləndirir. Bu da ümumilikdə Azərbaycan ordusunun güclənməsi üçün ümumi amillərdən biridir”.

CƏBHƏDƏN XƏBƏR VAR - Nazirlikdən açıqlama - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR