Cəmil Məlikov: “Enerji səmərəliliyi sahəsində Azərbaycanın Avropa İttifaqının təcrübəsinə ehtiyacı var”

11:07 2 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 02 Aprel 2015 11:02 ]


Bakı. Musa Əhmədov - APA-Economics. “Alternativ enerji və enerji səmərəliliyi sahəsində nə qədər işlər görülsə də, Azərbaycanın Avropa İttifaqının müəyyən təcrübəsinə və donor təşkilatlarının köməyinə ehtiyacı var”.

 

APA-Economics”in məlumatına görə, bu sözləri alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyinin sədr müavini Cəmil Məlikov bu gün Bakıda keçirilən “E5P layihəsi çərçivəsində Azərbaycandakı enerji səmərəliliyi və bərpa olunan enerji üçün imkanlar” seminarında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda elektroenergetika sahəsində enerji təhlükəsizliyi məsələləri həll olunub. “Hal-hazırda isə bizim əsas ehtiyacımız olan məsələlərdən biri istilik təchizatı məsələsidir. Bu sahədə biz “Azəristiliktəchizat” ASC və Nizami rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə araşdırma aparmışıq. Məlum oldu ki, yerlərdə bu sahənin inkişafına ehtiyac var”, - deyə C. Məlikov bildirib.

 

C. Məlikov qeyd edib ki, layihənin tələblərindən biri Azərbaycanın bu təşkilata üzv olması və müəyyən ödənişlər həyata keçirməsidir. Sədr müavini əlavə edib ki, hökumət və Maliyyə Nazirliyi tərəfindən bu məsələlər həll olunduqdan sonra Energetika Nazirliyinin layihədə iştirak etməyə və layihələr təklif etməyə hazır olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR