Xalq artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə maraqlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, bunları qeyd edib: "Bir insanı varlığınla xoşbəxt edə bilmirsənsə, ondan dərhal uzaqlaş! Çünkü bu münasibət səni həm mutsuz, həm də əsəbi edir. Səni yüzlərlə insanın sevdiyi halda, niyə səni sevməyən insana zamanını xərcləməlisən?!

Sevmək gözəldi... Amma yalnız sevildiyini bildiyin, sevildiyindən əmin olduğunda. Qarşındakı insan sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadrısa, nəyi gözləyirsən? Nöqtəni qoy!

Bəzən gəbullanmaq çətin olur. Sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma bu, boşuna ömrünü xərcləməkdən daha rahatdı.Sizə dəyər və sevgi verənin yanında olun. Vaxtında bitirin anlamsız, adı olmayan ilişkiləri".

Qeyd edək ki, sözügedən status minlərlə istifadəçi tərəfindən bəyənilib.

Xatirə İslam "Qarabağ" üçün oxudu - VİDEO - Oxumaq üçün tıkla