Türkiyədəki məşhur "Conrad" otelində biri qadın olmaqla 2 nəfər ölmüş vəziyyətdə aşkarlanıb.
Metbuat.az bildirir ki, ölənlərin odlu silahla vurulduğu məlum olub. Ölənlərdən biri məşhur aktyor və aparıcı Vatan Şaşmazdır. İlkin araşdırmaya əsasən o, ölü halda tapılan digər qadın tərəfindən öldürülüb. Ona atəş açan qadın isə başından vurulub.
Ölən qadının Filiz Aker olduğu müəyyənləşib.