"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, iyul ayından etibarən müvəqqəti amillərlə dəstəklənən investisiya malları istehsalının fəallığı azalmağa başlayıb.
Rusiya Bankı bildirib ki, ilin II rübündə qeydə alınan 2,5%-lik iqtisadi artım tempi 2013-cü ilin son rübündən etibarən ən yüksək göstərici olub. Lakin bu həmlə birdəfəlik olub, gələcəkdə zəifləyəcək. II rübdə sürətli iqtisadi artım tempinin əldə olunması ilin ilk yarısında investisiyaların 4,8% artması ilə izah edilib. Bu da, əsasən, Kerç boğazı körpüsünün və "Sibirin gücü" qaz xəttinin inşası sayəsində əldə edilib.