2002-ci ildə iki qadına təcavüz etdiyi iddia edilən Hindistanın tanınmış müğənnisi, aktyoru və rejissoru Ram Rahim Sinqə məhkəmədə hökm oxunub.
Publika.az xəbər verir ki, həm də "Decha Sacha Sauda" adlı dini təriqətin lideri hesab edilən 50 yaşlı Ram Rahim Sinq məhkəmə qarşısına çıxıb. Təcavüz iddiaları sübut olunan aktyor 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı Sinq tərəfdarlarını ayağa qaldırıb. Şəhərdə hakimiyyət orqanları ilə tərəfdaşlar arasında yaşanan münaqişələrdə 38 nəfər ölüb, 300 nəfər yaralanıb.