Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
"Bayram ərəfəsində Bakıya 3 500-ə yaxın xırdabuynuzlu erkək heyvan gətiriləcək. Bu heyvanlar ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsindən satışa çıxarılacaq", - deyə o, qeyd edib.
M.Hacıyev əlavə edib ki, heyvanlar baytarlıq xidməti tərəfindən müayinə olunub. Hazırda satışa çıxarılacaq heyvanların qiymətinin maksimum dəyəri müəyyənləşdirilir.
Xatırladaq ki, Bakıda qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8) və Yasamal rayonunda (Şərifzadə küçəsi, 196; "İdeal" şadlıq sarayının həyəti) təşkil olunacaq.