Banqladeş sərhəd qapılarını müsəlmanlar üçün açdı -

Dünya ictimaiyyətinin çağırışlarından sonra Banqladeş sərhədini Myanmanın Arakan əyalətindən qaçan müsəlmanlar üçün açıb.

Metbuat.az-ın məlumatına görə, 18 min qaçqın düşərgələrə yerləşdirilib.

Qeyd edək ki, bu ayın 25-dən 28-nə qədər Myanma ordusu Arakanda 3 minə qədər müsəlman qətlə yetirilib. Minlərlə sakin evlərini tərk edib.

Bildirilir ki, qətliam avqustun 25-də 8 hərbiçinin öldürülməsinə cavab olaraq ordu tərəfindən həyata keçirilib. Türkiyə daxil bir neçə ölkə qətliama sərt reaksiya verib. Böyük Britaniya isə BMT Təhlükəsizlik Şurasından təcili toplantı çağırmağı tələb edib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR