Tanınmış jurnalist əməkdar artist Elza Seyidcahanın yazdığı son şeirə özünəməxsus şəkildə nəzirə yazıb.

Metbuat.az jurnalist Rövşən Əsədovun Elza Seyidcahana yazdığı və müzakirələrə səbəb olan nəzirəsini sizə təqdim edirik.

Payız gəlib əsdirəcək xəzəlini

Tikim sənin şeirini, qəzəlini

Tikim, tikim ilmə-ilmə

Bəniz aya, ulduzlara,

Göydə uçan ağ qarğaya,

Yerdə axan o nur çaya

Elza xanım sən tez geyin

Geyin cırıq corabını

Fikirləşmə o yanını, bu yanını

Sən bu yolu düz get ancaq

Bayrağı biz tez sancaq

Başı qarlı o zirvəyə

Bu da məndən bir nəzirə

Nöqtə qoydum bu söhbətə!

Xatırladaq ki, əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan ən son "Tikim sizin ağzınızı" adlı şeir yazaraq gündəmə gəlmişdi.