Türk mətbəxinin ən dadlı yeməklərindən olan “quzu təndir”i artıq evinizdə sobada bişirə bilərsiniz.

Metbuat.az yeməyin hazırlanma prosesini təqdim edir.

Lazım olan ərzaqlar:

1 kq quzu qolu və ya budu

Bir neçə ədəd dəfnə yarpağı

Zeytun yağı

Qara istiot

Kəklikotu

Duz

Hazırlanması:

Yeməyi hazırlamazdan əvvəl əti qaba qoyun. Qabın içərisinə zeytun yağı, duz, qara istiot, kəklikotu və dəfnə yarpaqları əlavə edin. 2 saat soyuducuda saxlayın. Daha sonra əti siniyə qoyub üzərinə ətin çıxan ədviyyatlı sousunu tökün. Buxarlı sobanı yüz dərəcəyə qaldırıb 2 saat yarım bişirin. Əgər buxarlı sobanız yoxdursa, əti bişirdiyiniz siniyə su tökə bilərsiniz. Daha sonra sobadan çıxarıb servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Acı bibər turşusunun hazırlanması - Oxumaq üçün tıkla