İsrailə məxsus hərbi təyyarələr Suriyaya zərbə endirib.
Metbuat.az xəbər verir ki, Suriya höküməti hərbi təyyarələrin Həma yaxınlığındakı mövqeləri hədəf seçdiyini bildirib. Bombardman nəticəsində 2 əsgər ölüb.
Hücumun Livan sərhədlərindən istifadə edilərək təşkil olunduğu bildirilir. Suriya İnsan Haqları Şəbəkəsi hədəf nöqtəsinin araşdırma mərkəzi olduğunu bəyan edib.
Qeyd edək ki, bu İsrailin daxili münaqişələrin 7 ildir ki, davam etdiyi Suriyaya ilk hava hücumu deyil.
Aytən Novruzova / Metbuat.az
| Suriya ordusu əsas strateji məntəqələri ələ keçirib - Deyr Əz Zövr uğrunda döyüşlər-Oxumaq üçün tıkla |