Xanimlarin qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə xiyar turşusunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1,5 kiloqram xiyar

1,5 litr su

1 stəkan şəkər tozu

2-3 ədəd baş soğan

1 xörək qaşığı qara istiot dənəsi

1 dəstə şüyüd

12 xörək qaşığı sirkə

Hazırlanması:

Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər tozu, dairəvi doğranmış soğan və istiot əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, başları kəsilir. Bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.

Pomidor tomatının hazırlanması qaydası - Qışa tədarük - Oxumaq üçün tıkla