Rusiya Qafqazdakı ordusuna həyəcan siqnalı verdi

Rusiyanın Volqoqrad Vilayətində mindən çox hərbçiyə döyüş hazırlığının yoxlanılması məqsədi ilə həyəcan siqnalı verilib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafev söyləyib. Onun sözlərinə görə, təlimə 300-dən çox texnika cəlb olunub. 

Qeyd edək ki, Cənub Hərbi Dairəsi Rusiyanın cənub sərhədlərinin müdafiəsinə nəzarət edir. Bu dairənin nəzarət etdiyi bölgələrə Şimali Qafqaz, Krım, Ermənistandakı 102-ci baza, Abxaziya və Cənubi Osetiyadakı rus bazaları aiddir. /Axar.az/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR