ABŞ prezidenti Donald Tramp Küveyt əmiri ilə görüşündə Qətər böhranının həllində vasitəçi ola biləcəyini bildirib.
Metbuat.az xəbər verir ki, Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah ilə keçirdiyi görüşdə Tramp böhranın həll olunacağına inandığını deyib:
“Qətər ilə Səudiyyə Ərəbistanı və BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) arasındakı böhranın həlli istiqamətində Küveyt səylərini əsirgəmir və biz bunu yaxşı sezirik. Məsələnin tezliklə həll olunacağına inanıram. Əks təqdirdə Qətərlə Səudiyyə Ərəbistanı və BƏƏ arasında görüşün baş tutmasına yardımçı olmaq istəyirəm”.
Küveyt əmiri isə Qətərə məktub göndərildiyini və qarşılıqlı olaraq Qətərdən də məktub aldıqlarını, Qətər hökümətinin böhranın masa arxasında həllinə hazır olduqlarını bildirib.
Qeyd edək ki, bu ilin iyun ayının əvvəllərində 7 islam ölkəsi Qətəri terrorçulara dəstəkdə ittiham edərək diplomatik əlaqələrini dayandırıb.
Aytən Novruzova / Metbuat.az
| Əsəd rejiminin bayraqları endirildi - Suriyda-Oxumaq üçün tıkla |