Qeyd etdiyimiz kimi bu gün yerli vaxtla saat 08:49-da Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, zəlzələ nəticəsində Meksikada 4, Qvatemalada isə 1 nəfər ölüb. Sunami dalğalarının 3 saat içərisində sahilə yaxınlaşacağı bildirilir. Meksika, Qvatemala, Salvador, Kosta-Rika, Nikaraqua, Panama, Ekvador, Hondurasla yanaşı, Cənub-Şərqi Asiya ölkəsi Filippinə də sunami xəbərdarlığı edilib.
Meksika prezidenti Enrike Pena Neto hadisəni ölkə tarixində son yüz il ərzində baş verən ən güclü zəlzələ adlandırıb.
"Röyters" agentliyi isə zəlzələnin 1985-ci ildən bu vaxta qədər bölgədə baş verən ən dağıdıcı gücə malik zəlzələ olduğunu bildirib.
Qeyd edək ki, 1985-ci ildə Kolumbiyada baş verən "Armero" faciəsi nəticəsində 25 min insan ölüb.
Aytən Novruzova / Metbuat.az
| Meksikada 8 bal gücündə zəlzələ - Sunami xəbərdarlığı edildi-VİDEO-Baxmaq və oxumaq üçün tıkla |