Tərkibi vitaminlərdə zəngin olan qırmızı kələmdən dadlı salat hazırlamaq istəyirsiniz?

Metbuat.az qırmızı kələm salatının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 ədəd qırmızı kələm

1 qəhvə fincanı zeytun yağı

1 qəhvə fincanı limon suyu

1 çay qaşığı sirkə

1 çay qaşığı duz

Hazırlanması:

Kələmin yarpaqlarını ayırıb yuyun. Sininin içərisinə qoyub duzla ovun və 4 saat saxlayın. Daha sonra qırmızı kələmi xırda-xırda doğrayın.

Şorba qabının içərisində limon suyu, duz, zeytun yağı və sirkəni qarışdırın. Qarışığı doğranmış kələmin üzərinə tökün. Servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Sobada "quzu təndir" - RESEPT - Oxumaq üçün tıkla