Müsəlmanları daşıyan qayıq atəşə tutuldu

Arakandan Banqladeşə keçməyə çalışan müsəlmanları daşıyan qayıq atəşə tutulub. 

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində əksəriyyəti uşaq olmaqla onlarla insan boğularaq ölüb. Arakanlı müsəlmanların tərk etdiyi bölgənin şimalındakı Qaşdu Zara, eləcə də 60-dan çox kənd yandırılıb. 

Qeyd edək ki, Myanmar ordusunun 25 avqustdan bu günə kimi Arakan müsəlmanlarına qarşı apardığı soyqırım nəticəsində 3 mindən çox insan öldürülüb.

Myanmar höküməti ölkəyə KİV və BMT nümayəndələrinin daxil olmasına icazə vermir. Bu səbəbdən də ölənlərin sayı dəqiq bilinmir. 146 mindən çox Arakanlı müsəlmanın Banqladeşə keçdiyi, on minlərlə insanın isə sərhəddə gözlədiyi bildirilir.

Myanmar xarici işlər naziri Aunq San Suu Çii, “vəziyyətin sabitləşməsi üçün zaman tələb olunur” deyə açıqlama verib:

“Arakanlı müsəlmanların həyatlarını qorumaq üçün 1 il əvvəl fəaliyyətə başlayan hökümətdən qısa müddət ərzində hər şeyin həll olunacağını gözləmək məntiqsizdir”.

Aytən Novruzova / Metbuat.az

Azərbaycan Myanmara yardım göndərdi - FHN-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR