“İrma” qasırğası Kuba və ABŞ-a doğru irəliləyir.

Metbuat.az xəbər verir ki, Atlantik okeanı hövzəsində bir neçə adanı dağıdan qasırğa indiyə qədər 14 insanın ölümünə səbəb olub.

“İrma” qasırğası ABŞ-a doğru irəliləyərkən Florida ştatının sahil ərazilərində yaşayan 500 min nəfərin təxliyyəsinə başlanıb. Qasırğanın Floriadaya bazar ertəsi çatacağı gözlənilir.

Sürəti saatda 300 km-ə çatan “İrma” qasırğası bir neçə gündür ki, Şimali Amerika qitəsində ciddi dağıntılara səbəb olub. Qasırğanın həftə sonuna qədər davam edəcəyi bildirilir.

Aytən Novruzova / Metbuat.az

"İrma" qasırğası bir neçə adanı dağıtdı - VİDEO-Baxmaq və oxumaq üçün tıkla