Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.