Zəlzələdə ölənlərin sayı artdı

Meksikada baş verən 8,1 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb. 

Metbuat.az xəbər verir ki, yaralıların sayı isə 200-ü ötüb. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

ABŞ Geoloji Araşdırma Mərkəzi zəlzələnin 8,1, Meksika prezidenti Enrike Pena Neto isə 8,2 bal gücündə olduğunu açıqlayıb. Zəlzələnin ümumilikdə 50 milyon meksikalı tərəfindən hiss edildiyi bildirilir.

Qeyd edək ki, 1985-ci ildə paytaxt Mexikoda baş verən 8,1 ballıq zəlzələ nəticəsində 6 min insan ölüb.

Aytən Novruzova / Metbuat.az

Meksikadakı zəlzələdə ölənlərin sayı artdı - Ciddi dağıntılar var-VİDEO-Oxumaq və baxmaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR